| | | | | | |
English | Azərbaycan
Internyus. Tədbirlər
26.04.2010
Jurnalistlər üçün “İslam və Müasir cəmiyyət” başlığı altında İslam mövzusunda seminar təşkil etmişdir. more...
11.02.2010
Sosial problemlərin və azlıqların hüquqlarının kütləvi informasiya vasitələrində işıqlandırılması more...
20.12.2009
Media, hüquq və jurnalistin İnsan haqları more...
Internyus. Video
Haqqımızda

Internyus Netvork

Internyus Netvork bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitiə kimi inkişaf etdirir. Təşkilat baş qərargahı Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.

Internyus Azərbaycan təşkilatı

Internyus Azərbaycan təşkilatı öz ofisini Azərbaycan Respublikasının Bakı şəhərində 1997-ci ildə açmışdır. Təşkilat özünün televiziya proqramlarını hazırlayaraq yerli televiziya stansiyalarına təmənnasız olaraq təqdim edir. Internyus eyni zamanda yerli jurnalistlərə tə'lim məqsədilə seminarlar təşkil edir, onlara hüquqi yardım edir, müstəqil kütləvi informasiya vasitələrinə müvəqqəti istifadə üçün lazımi kameralar, montaj avadanlğı və kompüterlər təklif edir. Fəaliyyətinin əvvəlində Azərbaycandakı müstəqil televiziya stansiyalarına yardım edən bu təşkilat yaxınlarda öz faliyyətini çap və radio sahələrinə də genişləndirmişdir. Yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində işləyərək Internyus həm də ölkə əhalisinə obyektiv və qərəzsiz informasiya təklif edir.

Internyus Azərbaycan İctimai Birliyi (IAIB)

Internyus Azərbaycan İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci ilin May ayında rəsmi şəkildə qeydiyyatdan keçmişdir. 2004-cü ilin sonuna kimi İAİB ,əsasən, Amerika Birləşmiş Ştatlarının qeyri-hökümət təşkilatı olan İnternyus Şəbəkəsinin yerli partnyoru kimi çalışaraq USAİD tərəfindən maliyyələşən media layihələrin icrası ilə məşğul olurdu.2005-ci ilin yanvar ayından etibarən İnternyus Azərbaycan müstəqil yerli təşkilat kimi müxtəlif A.B.Ş. və Avropa fondları tərəfindən maliyyələşən öz layihələrinin yaradılması və icrasını yerinə yetirir. Bu gün, İnternews Azərbaycan müstəqil yerli təşkilat olaraq Azərbaycan mediyasının inkişafına öz tövsiyyəsini verməkdə davam edir.

İnternews Azərbaycan 35 işçisi olan ictimai birlikdir. Təşkilatın məqsədi Azərbaycanda fəaliyyət göstərən media nümayəndələrinin inkişafı üçün yayım, çap və radio kamunikasiya sistemləri də daxil olmaqla müxtəlif təmənnasız yardımların təklif edilməsidir. Həmçinin, fəaliyyət çərçivəsinə təhsil, mədəniyyət və elm sahələri də daxildir. İnternews-Azərbaycan kütləvi informasiya sahəsində böyük təcrübəyə malik olan yüksək səviyyəli mütəxəssislərdən ibarət komandaya malikdir.

More about us

İşçi heyyətimiz
Təşəbbüslərimiz
Vakansiya


Həmçinin bax...
Azərbaycanda yayım

Production

Internews Azerbaijan produces a variety of broadcast programs. These programs have included political coverage, environmental and economics reporting, feature stories and regional newscasts. more...
  Internews Network  |  Internews Europe  |  Internews Ukraine  |  Internews Georgia  |  Internews Armenia
Internews Middle East  |  Internews Kirgizstan  |  Internews Tajikistan  |  Internews Kazakhstan
© 2009 Internyus Azərbaycan
Bütün hüquqlar məhfuzdur
Internyus Azərbaycan İctimai Birliyi
Azərbaycan, Bakı, Az1122, H.Zərdabi küçəsi 71A, mən. 224
telefon.: +994 (12) 497 21 02/03, faks: +994 (12) 434 71 02/03/04/05
email: office@internews.az