|
İstehsalat haqqında
Internyus Azərbaycan öz avadanlığı və stutdiyasından istifadə edərək müxtəlif efir proqramlarının istehsalı ilə məşğuldur. Bu proqramlar regional xəbərlər də daxil olmaqla seçki, siyasi tok şoular, ekologiya, iqdisadiyyat və başqa mövzuları əhatə edir. 2001-2002-ci illərdə Internyus Azərbaycan və Internyus Ermənistan "Bakı-Yerevan Telekörpüsü" layihəsi üzrə "Atəş Xətti" adlı 24 proqram hazırlamışlar. Bu proqram peyk vasitəsilə hər iki ölkənin vətəndaşlarına hələ də qaynamaqda olan Dağlıq Qarabağ silahlı münaqişəsi ilə əlaqədar məsələləri üzbəüz müzakirə etmək imkanı verdi. Internyus hal-hazırda aşağıdakı proqramlar üzərində işləyir: Yolayrıcı (Crossroads ) Qafqaz üzrə yeganə həftəlik televiziya proqramıdır ki, Azərbaycan, Gürcüstan və Ermənistandan xəbərlər və telesüjetlər təklif edir. Mediya və Mən həftəlik proqramı Amerikanın həftəlik "Bazar Günü Səhər" proqramının modeli əsasında yaradılmış həftəlik bir proqramdır ki, mətbuatın üzləşdiyi problemləri və onların yerli şəraitdə necə əhatə olunduğunu nəzərdən keçirir. 1/2 adlı yeni gender məsələlərinə həsr olunmuş və Azərbaycanda yayımlanacaq ilk 30 dəqiqəlik bir proqramdır ki, yaşadıqları cəmiyyəti dəyişmək istəyən qadınlar və onların xarakterlərindən bəhs edir.
|