|
Avropa Komissiyasının layihələri
İnsan hüquqları
Layihənin məqsədləri:
- Azərnaycanda insan hüquqları siyasəti ilə əlaqədar olan əsas problemlərin daha yaxşı qiymətləndirilməsi
- Siyasi islahatların dəstəklənməsi
- Bu istiqamətdə dövlətin gördüyü tədbirlərin keyfiyyətini artırmaq
- İnsan hüquqlarına hörmətin artırılması istiqamətində hökumət və QHT arasında əməkdaşlığın və uzlaşmanın dəstəklənməsi
- QHTlərin, beynəlxalq təşkilatların insan hüquqları və demokratik islahatların inkişaf etdirilməsinə dair ekspert məsləhətlərini Azərbaycan hökumətinə vermək
- Mətbuat hüquqlarının Azərbaycanda daha yaxşı qorunması
- Azərbaycanda insan hüquqlarına dair təcrübə haqqında məlumatı, statistik məlumat bazasını və analitik hesabatları axtarmaq və nəzarətdə saxlamaq üçün imkanların genişləndirilməsi. daha ətraflı...
Avropa Qonşuluq Siyasəti Aləti (ENPI)
Layihənin məqsədi proseslər haqqında biliyin artırılması, Aİ-nın həyat tərzini idarə edən mədəni, siyasi və sosial dəyərləri, həmçinin onun üzv dövlətlərinin vətəndaşları və institutları arasında qarşılıqlı əlaqəni vurğulamaqdır.
Layihə işləri ENP-in özülünü təşkil edən dəyərlər, həmçinin demokratiya, qanunun hakimiyyətinə hörmət, yaxşı idarəetmə və insan hüquqlarına hörmət haqqında anlayışı maksimamlaşdıracaq. Işlər dörd ölçüdə əyata keçiriləcəkdir. Media Forum veb saytı vasitəsilə veb saytın reallaşdırılması, İctimai televiziyada Televiziya yayımı, Antenn FM-də Radio yayım və Zerkalo qəzetində nəşrlər. daha ətraflı...
|