| | | | | | |
English | Azərbaycan
Internyus. Tədbirlər
26.04.2010
Jurnalistlər üçün “İslam və Müasir cəmiyyət” başlığı altında İslam mövzusunda seminar təşkil etmişdir. more...
11.02.2010
Sosial problemlərin və azlıqların hüquqlarının kütləvi informasiya vasitələrində işıqlandırılması more...
20.12.2009
Media, hüquq və jurnalistin İnsan haqları more...
Internyus. Video
İctimai Kütləvi Elanlar

Radio İstehsalat: Gender məsələlərinin Azərbaycanda işıqlandırılması.” 

İnternyus Azərbaycanda vətəndaş cəmiyyətinin daha da yaxşı təşkil və nümayəndəli olması naminə gender bərabərliyinin aydın izahı üçün yayım mediyasından səmərəli istifadə məqsədilə 1 Sentyabr – 25 Dekabr 2006-cı il tarixlərində Gender məsələlərinə aid 3 ədəd 1 dəqiqəlik radio İctimai Kütləvi Elanlar istehsal edəcək. Kütləvi İctimai Elanlar (İKE) Gender bərabərliyinin fərqli qütblərini əhatələyəcək. Hər bir İKE 20 dəfə yayımlanacaq ki, bu da ümumilikdə 4 ay ərzində 60 dəfəlik yayıma bərabər olur.

 

İctimai Xidmət Elanları Silsiləsi Açıldı

ABA-CEELI və Internyus təşkilatı Azərbaycan vətəndaşlarının qanuni hüquqlarının inkişaf etdirilməsi üçün doqquz ictimai xidmət e'lanı (İXE) silsiləsini açmışdır.

Hər birinin uzunluğu 30 saniyə olan doqquz İXE hakimlərin qərəzsizliyi, vətəndaşların qanun qarşısında bərabərliyi, vəkil tutmaq hüququ, mətbuat və birgə fəaliyyət azadlığı daxil olmaqla müxtəlif çeşidli mövzuları əhatə etmişdir.

İSE-lər Bakının Speys TV kanalı və yeddi regional televiziya studiya vasitəsilə yayımlanacaq. Yanvar ayının 8-də regional studiyaların bir neçəsində bu cür yayımlar artıq başlanmışdır. Ümumiyyətlə gələn üç həftə ərzində İXE-lər bir neçə yüz dəfə veriləcək.

"Mə'lumatlandırılmış ictimaiyyət hər hansı bir cəmiyyətin əsasıdır'' Azərbaycanda fəaliyyət göstərən ABA-CEELİ təşkilatının ölkə üzrə direktoru demişdir. ''Vətəndaşlar öz hüquqlarından səmərəli istifadə etmələri üçün əvvəlcə onları bilməlidir".

ABA-CEELI təşkilatı layihənin həyata keçirilməsi üçün onu maliyyə vəsaiti və hüquqi ekspertl tə'min etmiş, İnternyus isə, öz növbəsində, buraxılış üçün məsləhət və texniki yardımı tə'min etmişdir. Azərbaycan televiziyasının prodüseri Orhan Fikrətoğlu bu işə rəhbərlik etmişdir.

Həmin doqquz İXE haqqında ABA CEELİ-nin Bakı ofisində mətbuat konfransında mə'lumat açıqlanmışdır. Azərbaycan Konstitusiya məhkəməsinin sədri Xanlar Hacıyev və məkəmənin daha beş hakimi də təqdimat mərasiminə gələnlər arasında olmuşdur. Bundan başqa, Bakıda ABŞ səfirliyi misiyası başçısının müavini Nensi MakEldoni, Avropa Şurasının məsləhətçisi Aarnio Luof və bir neçə yerli və beynəlxalq insan hüquqları üzrə təşkilatların nümayəndələri də təqdimatda iştirak etmişlər.

Əlavə məlumat üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:

ABA-CEELI

Telefon: (+994 12) 97 20 78/9
E-mail: raportfree@yahoo.com


Internews Azerbaijan

Telefon: (+994 12) 98-98-95 
E-mail: office@internews.az

 


Internyus istehsalat
İctimai Kütləvi Elanlar

Production

Internews Azerbaijan produces a variety of broadcast programs. These programs have included political coverage, environmental and economics reporting, feature stories and regional newscasts. more...
  Internews Network  |  Internews Europe  |  Internews Ukraine  |  Internews Georgia  |  Internews Armenia
Internews Middle East  |  Internews Kirgizstan  |  Internews Tajikistan  |  Internews Kazakhstan
© 2009 Internyus Azərbaycan
Bütün hüquqlar məhfuzdur
Internyus Azərbaycan İctimai Birliyi
Azərbaycan, Bakı, Az1122, H.Zərdabi küçəsi 71A, mən. 224
telefon.: +994 (12) 497 21 02/03, faks: +994 (12) 434 71 02/03/04/05
email: office@internews.az