| | | | | | |
English | Azərbaycan
Internyus. Tədbirlər
29.05.2011
5-8 Iyun, 2011 tarixində İnternyus Azərbaycan İctimai Birliyi Gənclər Demokratik İnkişafda mövzusunda 4 günlük seminarını keçirəcək more...
22.12.2010
İnternyus Azərbaycan İctimai Birliyi növbəti üç-media seminarını keçirəcək. more...
11.02.2010
Sosial problemlərin və azlıqların hüquqlarının kütləvi informasiya vasitələrində işıqlandırılması more...
Internyus. Video
İslam və Demokratiya

İslam və Demokratiya

Donorlar:

DRL/Internews Network subqrantı 

İcraçılar:

İnternyus Azərbaycan İctimai Birliyi (İAİB)

Layihənin  məqsədi  Azərbaycanda  önəmli  social  mövzularda açıq dialoqların aparılması üçün azad medianın bacarığının təkmilləşdirilməsindən ibarətdir. 

Layihənin qarşıya qoyduğu hədəflər aşağıdakılardan ibarətdir:

•1)      İslam və Demokratiya ilə bağlı mövzular haqqında yeni televiziya və radio verilişlərinin inkişafı və yayımı

•2)      İslam və Demokratiya sahəsində , o cümlədən praktik-texniki reportyorluq bacarıqları haqqında jurnalistlər üçün seminarların təşkili 

  Layihənin fəaliyyəti:

•A.     "Müasir cəmiyyət və İslam" televiziya proqramı

   Layihənin əsas fəaliyyəti ayda iki dəfə  İAİB-ın mənzil  studiyasında hazırlanan 45 dəqiqəlik   "İslam və Demokratiya" televiziya proqramının davamlı olaraq hazırlanmasından ibarətdir. Televiziya proqramı özündə Bakı və regionlardan süjetlər və aparılmış  sorğuları əhatə edir.           

Bu proqramı   aşağıda   adı çəkilən kanallarda izləyə bilərsiniz:

Dünya TV (Sumqayıt), Alternativ TV (Gəncə), Aygün TV (Zaqatala), Mingəçevir TV (Mingəçevir), Qütb TV (Quba), Xəyal TV (Quba), Req TV (Xaçmaz), L TV (Lənkəran), Kəpəz TV (Gəncə), El TV (Yevlax), və Kanal S (Şəki)

  

•B.     "Müasir Cəmiyyət və İslam" tok-şousu

 Mütəmadi yayımlanan televiziya verilişlərinə əlavə olaraq, layihə 1 saat müddətində davam edən canlı tok-şouların lentə alınmasına kömək edir. Bu format özündə adi televiziya maqazin verilişlərinə nisbətən, daha geniş miqyaslı müzakirə iştirakçılarını və müzakirələrdə iştirak edə bilən canlı auditoriyanı təmsil edir.

Bu proqramı aşağıdakı televiziya kanallarında izləyə bilərsiniz:

 Dünya TV (Sumqayıt), Alternativ TV (Gəncə), Aygün TV (Zaqatala), Mingəçevir TV (Mingəçevir), Qütb TV (Quba), Xəyal TV (Quba), Reg TV (Xaçmaz), LTV (Lənkəran), Kəpəz TV (Gəncə), El TV (Yevlax), və  Kanal S (Şəki)

•C.     "Müasir Cəmiyyət və İslam" radio verilişi

"İslam və  Müasir Cəmiyyət" radio formatlı proqramın hazırlanması da bu layihə çərçivəsində davam etdiriləcək.Bu radio veriliş heç də  eyni adlı televiziya proqramının təkrarı deyil,belə ki bu  özünün jurnalistləri, redaksiya tərkibi və hazırlayıcı heyəti olan ayrıca verilişdir. Bu aylıq radio jurnal  baş vermış hadisələr haqqında özləri reportaj hazırlayan və İAİB-ın müxbirləri ilə əməkdaşlıq edən  jurnalistləri olan və eyni zamanda oxşar formatda audio hadisələri lentə alan və partnyor televiziya stansiyaları üçün  çalışan jurnalistlərdən istifadə edən  Azad Avropa Radiosu/ Azadlıq radiosunun Bakı ofisi (Radio Free Europe/Radio Liberty office in Baku - qısaca olaraq   RFE/RL - red.) tərəfindən hazırlanır. Hər yarım saatlıq proqram  lisenziya sahəsində çətinlikləri olmasına baxmayaraq, Azərbaycanda reportyorların güclü dalğasına malik olan və mühüm sosial məsələlər haqqında reportaj hazırlamaq sahəsində lider olmaqda davam edən RFE/RL tərəfindən hazırlanır,redaktə olunur və yayımlanır.

•D.    Üç-media seminarları

Layihə çərçivəsində İAİB həm də  jurnalistlər üçün İslam və Demokratiya mövzusunda və praktiki-texniki reportyorluq bacarıqları haqqında seminarlar təşkil edir.

                          Seminar şəkilləri üçün Foto Arxiv 2010-a baxın.

İslam və Demokratiya

Lahiyə kollektivi
TV proqram. Son buraxılış
Talk Show. Son buraxılış

Həmçinin...
Radio proqramlarımızı dinlə

Youth Today
Gənclər Bu Gün

Production

Internews Azerbaijan produces a variety of broadcast programs. These programs have included political coverage, environmental and economics reporting, feature stories and regional newscasts. more...
  Internews Network  |  Internews Europe  |  Internews Ukraine  |  Internews Georgia  |  Internews Armenia
Internews Middle East  |  Internews Kirgizstan  |  Internews Tajikistan  |  Internews Kazakhstan
© 2009 Internyus Azərbaycan
Bütün hüquqlar məhfuzdur
Internyus Azərbaycan İctimai Birliyi
Azərbaycan, Bakı, AZ1122, H.Zərdabi prospekti 71A, mən. 224 (17-ci mərtəbə)
telefon.: +994 (12) 497 21 02/03, faks: +994 (12) 434 71 02/03
email: office@internews.az